Kəpəz də Türkiyəyə yola düşdü

Kəpəz də Türkiyəyə yola düşdü

  • 18 Yanvar 2018, 14:53

Topaz Premyer Liqasının daha bir təmsilçisi Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Sportlife.az xəbər verir ki, ötən gecə “Kəpəz” də hazırlığın əsas mərhələsini keçirəcəyi Antalyaya yollanıb.

Yanvarın 4-də istirahətdən qayıdan, sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçən gəncəlilər ayın 7-dən Bakıda məşqlərə başlamışdılar. Yunis Hüseynovun çalışdırdığı komanda bu gündən etibarən fevralın 2-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.

Gəncə təmsilçisi burada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Kəpəz” yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak”la (Subotiça, Serbiya) görüşəcək.


Paylaş: