Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 19:53
126
Kəpəz ilk sınağından qalib ayrıldı

Çempionatın qış fasiləsi dövründə “Kəpəz”in əsas və əvəzedici komandası ilk yoxlama oyununu keçirib. Sportlife.az xəbər verir ki, komandalar bir-biriləri ilə qarşılaşıblar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən görüş 1:0 hesabı ilə əsas komandanın xeyrinə nəticələnib. Görüşdə yeganə qolu ikinci hissədə Tural Rzayev vurub.

Növbəti yoxlama matçında əsas komanda aşağı liqa təmsilçisi “Sabah”la, “dubl” isə “Qəbələ”nin əvəzediciləri ilə oynayacaq.