Kəpəz Qarabağla oyuna Bakıda hazırlaşır

Kəpəz Qarabağla oyuna Bakıda hazırlaşır

  • 21 Fevral 2018, 12:05

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər. Sportlife.az xəbər verir ki, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.

Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.

Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdu.


Paylaş: