Kəpəz ukraynalı qapıçı ilə müqavilə imzaladı

Kəpəz ukraynalı qapıçı ilə müqavilə imzaladı

  • 16 Yanvar 2018, 15:23

“Kəpəz” heyətinə yeni qapıçı cəlb edib. Sportlife.az xəbər verir ki, Gəncə klubu ukraynalı qapıçı Sergey Litovçenkonun keçidini rəsmiləşdirib.

Bu gün 30 yaşlı qolkiperlə müqavilə imzalanıb. Tərəflər altı aylıq anlaşıblar. Litovçenkonun son klubu Tiflis "Dinamo"su olub.

“Kəpəz”in baxışda olan gürcü müdafiəçi Guili Manjqaladze ilə də 6 aylıq müqavilə imzaladığı bildirilir.

Əlavə edək ki, "Kəpəz" bundan əvvəl Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dieqo Souzanı heyətinə cəlb edib.


Paylaş: