“Kəpəz”dən növbəti transfer

  • 25 İyul 2022, 09:30

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Gəncə təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevi transfer edib.

24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, U-17, U-19 və U-21 millilərimizdə çıxış etmiş Nəbiyev 2018-ci ildən “Sumqayıt”da oynayırdı.

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” bundan əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Giorgi Kantariya, Əfran İsmayılov, Rauf Əliyev və Fərid Nəbiyevi də heyətinə cəlb edib.


Paylaş: