Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
11 Fevral 2018, 17:58
56
Keşlə və Səbail də heç-heçəyə razılaşdı

Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulur. Sportlife.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan bir görüş artıq başa çatıb.

Günün ilk matçında “Keşlə” və “Səbail” klubları üz-üzə gəlib. Yeni baş məşqçi ilə meydana çıxan yenilənmiş "Keşlə"nin çıxışı maraqla gözlənilirdi. Transfer qadağası aradan qalxan paytaxt klubu fasilədə heyətini gücləndirib. Elə “Səbail” də heyətinə yeni futbolçular cəlb edib. Turun ilk iki oyununda olduğu kimi, bu komandaların dueli də heç-heçə başa çatıb.

Topaz Premyer Liqası
15-ci tur
11 fevral

“Keşlə” – “Səbail” 1:1
Qol: P.F.Azad, 55 - F.Muradbəyli, 34.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 40.Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 23. Ayron Stati, 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 24. Ruslan Əmircanov, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue, 21. Murtuz Abakarov, 10. Nurlan Novruzov, 92. Vaxıt Orazsaxedov.
Baş məşqçi: Samir Əliyev.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK