Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Yanvar 2018, 17:19
78
Keşlədən Neftçi üzərində əzmkar qələbə

Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Neftçi” və “Keşlə” klubları bu gün yoxlama oyunu keçiriblər. Sportlife.az xəbər verir ki, paytaxt klubları İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı qarşılaşma “Keşlə”nin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Matçda hesabı “ağ-qaralar” açıblar. Mirabdulla Abbasov ilk yarıda “Neftçi”ni önə keçirib. Lakin fasilədən sonra bu qış məhz “Neftçi”dən transfer olunan Məqsəd İsayev “Keşlə”ni məğlubiyyətdən xilas edən qola imza atıb. Matçın sonlarında İsayevin məhsuldar ötürməsi ilə Pərdis Fərcad-Azad da fərqlənib və qarşılaşma “Keşlə”nin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, “Neftçi”nin ilk yoxlama oyunu idisə, “Keşlə” daha öncə “Qaradağ Lökbatan”la qarşılaşmış və 3:1 hesabıyla qalib gəlmişdi.