Keşlənin futbolçusuna 3 oyunluq cəza

Keşlənin futbolçusuna 3 oyunluq cəza

  • 21 Fevral 2018, 14:11

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportlife.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 16-cı turun “Kəpəz” – “Keşlə” matçında “Keşlə”nin futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Birinci Divizionun 14-cü turunun “Turan Tovuz” – MOİK matçında MOİK-in futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci Divizionun 14-cü turunun “Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində “Sabah”ın futbolçusu Şirməmməd Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.


Paylaş: