Litovçenko: Kəpəz mənim üçün yeni çağırışdı

Litovçenko: Kəpəz mənim üçün yeni çağırışdı

  • 16 Yanvar 2018, 11:16

Ukraynalı qapıçı Sergey Litovçenko bu gün “Kəpəz”lə müqavilə imzaladıqdan sonra ölkəsinin mətbuatına açıqlama verib. Sportlife.az xəbər verir ki, o, bunları söyləyib:

“Kəpəz” mənim üçün yeni çağırışdı. İndi burada yeni komanda yaradılır. Qarşımızda ciddi hədəflər var. Artıq kluba yeni baş məşqçi gəlib, o, heyəti komplektləşdirməyə çalışır. Mən də onun yeni oyunçularından biri oldum. Bu komandanı seçməyimdə ən mühüm amillərdən biri şəxsən baş məşqçinin özünün məni bu heyətdə görmək istəməsi oldu. Azərbaycan mənim üçün yeni ölkədi. Ona görə də baxaq görək bu ölkə mənim və ailəm üçün nə dərəcədə komfortlu olacaq. Ümid edirəm ki, tez uyğunlaşacağıq”.


Paylaş: