Millimizin baş məşqçisi brifinq keçirəcək

Millimizin baş məşqçisi brifinq keçirəcək

  • 18 Yanvar 2018, 14:09

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir. Sportlife.az xəbər verir ki, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.


Paylaş: