Millimizin düşərgəsinə daha bir oyunçu qoşuldu

Millimizin düşərgəsinə daha bir oyunçu qoşuldu

  • 18 Yanvar 2018, 17:19

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub. Sportlife.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, hazırda karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Dafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento Vassuradı.

Bu gün günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib.

Qeyd edək ki, Azərbaycan millisinin yanvarın 19-da saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.


Paylaş: