Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Fevral 2018, 14:36
260
Millimizin futbolçusu Lotu Quli ilə İstanbulda görüşdü - FOTO

Azərbaycanlı sabiq futbolçunun “facebook”da paylaşdığı foto böyük marağa səbəb olub.

Sportlife.az xəbər verir ki, söhbət Azərbaycanın U-17 millisinin də formasını geyinmiş Haqverdi Yusifovdan gedir. “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü olan Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.

Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.

Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir. Onların İstanbulda - avtoritetin qaldığı evdə görüşdüyü ehtimal olunur.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK