Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Yanvar 2018, 18:19
49
Millimizin Gürcüstanla matçı ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib. Sportlife.az xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda o da qeyd olunur ki, AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.