Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Fevral 2018, 18:59
87
Millimizin rəqibi Burkina Faso və Madaqaskara qarşı

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığması Fransaya təlim-məşq toplanışına yollanacaq. Sportlife.az Kosovo Futbol Federasiyasını rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək.

Millimizin rəqibi bu toplanış çərçivəsində iki yoxlama matçında da qüvvəsini sınayacaq. Belə ki, Kosovo yığması martın 24-də Madaqaskar, ayın 27-də isə Burkina-Faso komandaları ilə yoxlama görüşü keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK