Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Yanvar 2018, 10:12
84
Millimizin üzvü İspaniyada növbəti matçını keçirdi

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 22-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Almeriya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 73-cü dəqiqəsində əvəzlənib.

“Ximnastik" geridə qalan turlarda 25 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.