Millimizin üzvü zədələndi, komandası sevindi

Millimizin üzvü zədələndi, komandası sevindi

  • 19 Yanvar 2018, 10:17

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Sportlife.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” səfərdə “Osasuna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Eddi də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə başladığı qarşılaşmanın 42-ci dəqiqəsində zədələnərək əvəzlənib.

“Ximnastik" 22 turdan sonra 28 xalla 22 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.


Paylaş: