Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 15:14
175
Neftçi - Keşlə matçının məkanı yenidən dəyişdirildi

“Keşlə”nin Bakı toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi yoxlama oyununun məkanı yenidən dəyişdirilib. Sportlife.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də baş tutacaq matç 8-ci km qəsəbə stadionunda yox, İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq.

Qarşılaşma saat 15:00-da başlanacaq. Bu komandalar arasında matçın ilk olaraq məhz “İsmət Qayıbov”da keçirilməsi planlaşdırılırdı. Lakin dünən hər iki klub görüşün bu arenada yox, 8-ci km qəsəbə stadionunda keçiriləcəyinə dair xəbər yaymışdı.

Xatırladaq ki, Keşlə təmsilçisi yanvarın 11-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirdiyi yoxlama matçında 3:1 hesabıyla qalib gəlib.