Neftçi paraqvaylı futbolçu gətirdi

Neftçi paraqvaylı futbolçu gətirdi

  • 14 Yanvar 2018, 16:33

“Neftçi” növbəti transferini gerçəkləşdirmək üzrədi. Sportlife.az xəbər verir ki, paytaxt klubu paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə anlaşıb. Bu barədə Paraqvay mətbuatı məlumat yayıb.

Artıq Bakıda olan futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, “Kerro Porteno”nun yetirməsi olan 26 yaşlı "Qato" ləqəbli futbolçunun karyerası əsasən vətəni ilə bağlıdı.

Qarsiya "Neftçi"nin qış fasiləsində ilk legioner transferi olacaq.


Paylaş: