Neftçidən ayrılan futbolçunun yeni klubu da bəllidi
“Neftçi” ilə yollarını ayıran Mateo Mujek artıq özünə yeni klub da tapıb. Sportlife.az xəbər verir ki, o, bundan sonra karyerasını Qazaxıstanın “Şaxtyor” (Karaqanda) klubunda davam etdirəcək.
Xeyli müddətdi bu komandanın düşərgəsində baxışda olan futbolçu özünü yaxşı tərəfdən göstərə bilib. O, son günlərdə “Şaxtyor”un keçirdiyi yoxlama oyunlarında da meydana çıxıb.
Mateo Mujek ötən ilin yayından “Neftçi”də oynayırdı.