Neftçinin hücumçusu Qazaxıstan klubunu bəyənmədi

Neftçinin hücumçusu Qazaxıstan klubunu bəyənmədi

  • 20 Yanvar 2018, 16:46

“Neftçi”nin legioneri Daniel Seqoviya Qazaxıstanın “Jetısu” klubunda baxışda olub. Sportlife.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ispaniyalı hücumçu hətta 2 yoxlama oyununda - Türkiyənin “Sivasspor” və Rusiyanın “Luç-Enerji” klublarıyla qarşılaşmalarda meydana da çıxıb.

Ancaq Seqoviya cari mövsümün ilk yarısında olduğu kimi, qeyri-rəsmi oyunlarda da fərqlənə bilməyib. Buna baxmayaraq, Taldıkorqan təmsilçisi legioneri saxlamağa etiraz etməyib. Lakin Seqoviyanın özü təklifə "yox" deyərək həmin klubun düşərgəsini tərk edib.

Xatırladaq ki, "Neftçi"nin ötən qış fasiləsində transfer etdiyi, bu mövsüm cəmi 6 oyun keçirən Daniellə 6 aylıq müqaviləsi qalıb. "Ağ-qaralar" əvəzedici heyətə göndərdiyi ucaboylu hücumçunu Antalya toplanışına aparmayıb.


Paylaş: