Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 12:10
44
Neftçinin sonuncu rəqibi də məlum oldu

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Sportlife.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah isə "Neftçi” "Keşlə” ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlayacaq.