Pavel Paşayev növbəti oyununa çıxıb

Pavel Paşayev növbəti oyununa çıxıb

  • 11 Dekabr 2017, 12:00

Ukrayna çempionatında 19-cu turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda Kiyev “Dinamo”su ilə üz-üzə gəlib və bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, görüşün 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.


Paylaş: