7 Dekabr 2017, 00:01
275
Premyer Liqaya çıxışımıza bir amil əngəl olur ki... - Şahdağın mətbuat katibi

“Yeni mövsüm olmasa da, 2019/20 mövsümü üçün mütləq premyer liqaya vəsiqə qazanacağıq. Bu gün qarşımızda duran ən böyük hədəfimiz budur”.

  Bu sözləri Sportlife.az-a  açıqlamasında Qusarın “Şahdağ” klubunun mətbuat katibi Xanbaba Daşdı söyləyib. O bir sıra məqamlara da aydınlıq gətirib. Gənc mətbuat katibi açıqlamasında “Şahdağ”ın Regional Liqaya qoşulmasına səbəb kimi  heç də qalib komandaya vəd edilən 10 min manatın olmadığını söyləyib. Onun  sözlərinə görə həmin məbləğ heç komandanın aylıq xərclərini belə qarşılamır. Açıqlamasında klubun bu günki durumu, məqsədləri və gələcək mövsüm üçün planlarından danışan Xanbaba Daşdı sözlərinə belə davam edib:

“Qarşımıza daha önəmli məqsədlər qoymuşuq bizim üçün ən əsası uşaq futolunun bərpası, şəfaf  komanda qurmaq, strukturu yaxşılaşdırmaqdır .Artıq aşağı yaş qruplarının bərpasına başlamışıq. Komanda demək olar artıq formalaşıb. “Şahdağ” əvvəlki illərə nisbətən yeni geyim dəstləri ilə təmin olunub. Premyer Liqaya çıxışımıza bir amil əngəl olur ki, o da stadionun bərbad olmasıdır. Bununla bağlı sponsorla danışıq aparmışıq, bu il bu problemləri aradan qaldırsaq, növbəti mövsüm bir başa premyer liqa üçün müraciət edəcəyik..Həvəskarlar liqasını da seçə bilərdik, əyalət təmsilçisi olduğumuz üçün "Regional Liqa"nı seçdik. Hədəfimiz isə burada çempion olmaqdır”.