Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Yanvar 2018, 15:51
27
Qarabağ Antalyada yağışa düşdü

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Sportlife.az xəbər verir ki, hazırlığın dördüncü günündə komandanın ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb.

Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda çalışmalarını davam etdirib. Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.