Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
9 Yanvar 2018, 14:04
731
Qarabağ Dedanı da Antalyaya apardı

Xəbər verdiyimiz kimi, “Qarabağ” mövsümün qalan hissəsinə hazırlıq məqsədilə bu gün Türkiyəyə yola düşüb. Sportlife.az xəbər verir ki, Ağdam klubu bu gündən etibarən fevralın 4-dək Antalyada hazırlıq keçəcək, yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Qurban Qurbanovun çalışdırdığı kollektivdə yeni simalar da var. Onlardan biri də ukraynalı hücumçu Yaroslav Dedadı. “Qarabağ”ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasındakı çıxışı ilə diqqət mərkəzinə düşən futbolçu Antalyada özünü yaxşı tərəfdən göstərə bilsə, əsas komandada qalacaq.

Qeyd edək ki, Deda Antalyada özünü təkcə “Qarabağ”ın əsas komandasına yox, həm də milli komandamıza düşmək üçün göstərmək şansına malikdi. Belə ki, hazırda onun milliləşdirilərək yığmamıza cəlb olunması gündəmdədi. Hətta Qurbanov da bu futbolçunun qışda özünü yaxşı tərəfdən göstərəcəyi halda, milliləşdirilməsinin mümkünlüyünü dilə gətirmişdi.