Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
9 Yanvar 2018, 17:19
1136
Qarabağda ŞOK ayrılıq!

“Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirəcək.

Sportlife.az xəbər verir ki, bir neçə həftədi davam edən danışıqlar bu gün uğurla yekunlaşıb.

2016-cı ilin yayında «Anortosis»dən transfer olunan cənubi afrikalı legioneri artıq “Hançjou Qrintaun”un yeni üzvü saya bilərik.

Asiya ölkəsinin birinci liqasında mübarizə aparan klub afrikalı forvardı tibbi baxışa dəvət edib. Transferin yaxın günləprdə açıqlanması gözlənilir.

«Kopenhagen»lə səfər matçında vurduğu qolla «Qarabağ»ın Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər yarışına – Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə vəsilə olan qaradərili ulduz “Hançjou Qrintaun”la 2+1 illik müqavilə imzalayacaq. (Sportinfo)