Qarabağdan Antalyada daha 2 məşq

Qarabağdan Antalyada daha 2 məşq

  • 18 Yanvar 2018, 22:55

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Sportlife.az xəbər verir ki, Ağdam klubu Rusiya “Kuban”ı ilə yoxlama matçından sonra bu gün məşqləri bərpa edib. Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub.

Günün ikinci məşqində isə komanda yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib.


Paylaş: