Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Yanvar 2018, 13:56
206
Qarabağın legioneri bu gün ayrıla bilər

İsveçin AİK klubunun “Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlı olması barədə məlumat vermişdik. Sportlife.az xəbər verir ki, isveçlilər 29 yaşlı oyunçunun müqaviləylə bağlı olduğu “Olimpiakos”la danışıqları yekunlaşdırmaq üzrədi.

Yunanıstan mətbuatında yer alan məlumata görə, keçid bu gün rəsmiləşə bilər. Xəbərdə həmçinin, Pirey təmsilçisinin Norveç millisinin də üzvü olan futbolçunun keçidi üçün 1 milyon avro tələb etdiyi vurğulanıb.

Xatırladaq ki, “Qarabağ” Elyunussini ötən ilin sentyabrında “Olimpiakos”dan 1 mövsümlük icarəyə götürüb. Futbolçu cari mövsümdə Ağdam klubunda cəmi 8 oyun keçirib. (Komanda)