Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 00:52
69
Qəbələ Antalyada məşqləri bərpa etdi

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir. Sportlife.az xəbər verir ki, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət edən “qırmızı-qaralar” məşqlərini bərpa edib.

Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.