Rauf Əliyev: Keşlə ilə razılığa gələ bilmədik

Rauf Əliyev: Keşlə ilə razılığa gələ bilmədik

  • 19 Yanvar 2018, 12:14

Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin “Keşlə”yə keçidi baş tutmayıb. Sportlife.az xəbər verir ki, bu barədə qol.az-a futbolçu özü məlumat verib.

Onun sözlərinə görə, tərəflər müqavilə müddətində razılığa gələ bilməyiblər: “Keşlə” ilə razılaşa bilmədik. Məsələ açıq olaraq da qaldı. Sonuncu söhbətimizdə razılığa gələ bilmədik”.

Bir neçə gün öncə “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov mətbuata müsahibəsində Rauf Əliyevin özünün “Keşlə”yə müraciət etdiyini söyləmişdi. Təcrübəli futbolçu Z. Axundovun fikirlərinə aydınlıq gətirib:

“Söhbət başqa cür olmuşdu. Mən “Keşlə”yə müraciət etməmişdim. Məni də ora yönləndirmişdilər. Durub, öz-özümə getməmişdim”.

Millimizin üzvü ilə razılığa gələ bilməyən “Keşlə” heyətinə yamaykalı hücumçu cəlb edir. Əliyev paytaxt təmsilçisinin Andre Klennonla anlaşmasına da münasibət bildirib: “Bu barədə heç nə deyə bilmərəm. Klubun məsələsidi. Özləri bilərlər”.


Paylaş: