Rəşad Sadıqov millimizi ilk matça çıxarır

Rəşad Sadıqov millimizi ilk matça çıxarır

  • 16 Yanvar 2018, 10:56

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək. Sportlife.az xəbər verir ki, millimiz Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, Rəşad Sadıqovun yığmada baş məşqçi kimi ilk sınağı olacaq.

Xatırladaq ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Yoxlama oyunu
16 yanvar

17:00 Azərbaycan - Alanyaspor


Paylaş: