REYTİNQ -  Ən cox qazanan futbolcular, reyting apa az futbol spor idman yer

REYTİNQ - Ən çox qazanan futbolçular

  • 27 May 2017, 14:00

 Kriştiano Ronaldo Forbes jurnalı tərəfindən tərtib olunan 2017-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısında birinci yeri tutub.

Sportlife.az xəbər verir ki, 32 yaşlı hücumçu 2016-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək olan dövr ərzində 93 milyon dollar qazanıb. Siyahıda ikinci yerdə "Barselona"nın və Argentina yığmasının üzvü Lionel Messi qərarlaşıb. O, il ərzində 80 milyon dollar gəlir əldə edib.

 Üçüncü yeri 37 milyon dollar qazanan daha bir "Barselona"lı Neymar tutub. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Qaret Beyl (34 milyon dollar) və Zlatan İbrahimoviç (32 milyon dollar) yer tutub. 

Paylaş: