Sabahın Türkiyə toplanışı niyə ləğv olundu?

Sabahın Türkiyə toplanışı niyə ləğv olundu?

  • 19 Yanvar 2018, 13:58

Birinci Divizion təmsilçisi “Sabah”ın qış hazırlıq planlarında dəyişiklik edilib. Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümün qalan hissəsinə hazırlığı Türkiyədə davam etdirməyi planlaşdırsa da, Antalya toplanışından son anda imtina edilib.

Bunu əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Arif Əsədov bildirib. Onun sözlərinə görə, “Sabah” təlim-məşq toplanışının qalan hissəsini Masazırda, “Əlincə”nin bazasında həyata keçirəcək.

Əsədov onu da bildirib ki, Antlaya toplanışından imtinaya komandanın hələ tam komplektləşdirilməməsi səbəb olub. Bu üzdən Divizion təmsilçisi baxışa yeni futbolçular dəvət edib. Onların tezliklə “Sabah”ın düşərgəsində olması gözlənilir.


Paylaş: