Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Yanvar 2018, 12:18
94
Sabiq futbolçusu Qarabağın düşərgəsində

“Qarabağ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Sportlife.az xəbər verir ki, ötən gün Ağdam klubunun sabiq futbolçusu Muarem Muarem komandanın düşərgəsinə baş çəkib. O, sabiq komanda yoldaşlarıyla görüşüb.

Qeyd edək ki, “Qarabağ”dan ötən yay ayrılan makedoniyalı futbolçu Qazaxıstanın “Atırau” klubuna transfer olunmuşdu. Amma bu yaxınlarda o, Qazaxıstanı da tərk edib və Albaniyanın “Flamurtari” komandasına transfer olunub.