Səbail Antalyaya yola düşdü

Səbail Antalyaya yola düşdü

  • 20 Yanvar 2018, 18:06

Topaz Premyer Liqasının debütantı “Səbail” təlim-məşq toplanışı məqsədilə Türkiyəyə yollanıb. Sportlife.az xəbər verir ki, Samir Əliyevin komandası bu gün Bakı-İstanbul-Antalya hava reysi ilə qardaş ölkəyə gedib.

Qeyd edək ki, "Səbail" Antalyada 2 həftə hazırlıq keçəcək. Bu müddət ərzində paytaxt təmsilçisi 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən üçü məlumdu. Komanda yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.

Azərbaycan klublarından daha öncə “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Kəpəz” klubları Antalyaya yollanmışdı. “Sumqayıt”, “Keşlə” və “Zirə” də qardaş ölkəyə gedəcək.


Paylaş: