Səbail Sumqayıta qalib gəldi

Səbail Sumqayıta qalib gəldi

  • 18 Yanvar 2018, 20:04

Premyer Liqanın 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Sportlife.az xəbər verir ki, Samir Abasovun yetirmələri "Kapital Bank Arena"da "Səbail"i qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri 1:2 hesabı ilə məğlub olublar.

"Sumqayıt"ın qarşılaşmadakı yeganə qolunu Amil Yunanov vurub. “Səbail”in heyətində isə Nurlan Novruzovla Vüqar Nadirov fərqlənib.


Paylaş: