Səbail üçün Türkiyədə ilk rəqib

Səbail üçün Türkiyədə ilk rəqib

  • 11 Dekabr 2017, 17:43

“Səbail”in qış təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi rəqiblərdən birinin adına aydınlıq gəlib. Sportlife.az xəbər verir ki, gələn ay Türkiyəyə yollanacaq bakılılar burada Bolqarıstanın “Lokomotiv” klubu ilə üz-üzə gələcəklər.

Bu barədə Plovdiv təmsilçisinin rəsmi saytı məlumat yayıb. Samir Əliyevin yetirmələrinin bu komanda ilə görüşü yanvarın 29-da baş tutacaq.

“Lokomotiv” Antalyaya yanvarın 25-də yollanacaq və fevralın 10-na qədər orada hazırlıq keçəcək. Bu komandanın ilk yoxlama matçı da məhz “Səbail”ə qarşı olacaq. Bolqarlar “Səbail”dən sonra “Banik Ostrava” (Çexiya, 2 fevral) və “Mladost Luçani” (Serbiya, 6 fevral) ilə də qarşılaşacaqlar.

Qeyd edək ki, “Lokomotiv” Bolqarıstan çempionatında 20 turdan sonra 23 xal toplayıb və 14 komanda arasında 9-cu pillədə qərarlaşıb.


Paylaş: