Səbailin məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib

Səbailin məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib

  • 11 Dekabr 2017, 13:34

"Səbail"in U-19 komandasının baş məşqçisi ötən il "Vətən" klubu ilə qazandığı nailiyyətinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.     

Sportlife.az xəbər verir ki, təqdimetmə mərasimi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Bakı şəhərində yerləşən uşaq-gənclər inkişaf mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəblərinin direktor və müavinləri iştirak edib.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlu nəticələrdən danışıb. Vasif Məmmədov təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə təltif olunan məktəbdənkənar təhsil sahəsində çalışan işçiləri təbrik edib.

Qeyd edək ki, Vasif Haqverdiyev ötən il Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" klubu ilə U-17 Liqasının qalibi olub.


Paylaş: