Şehiç millinin düşərgəsinə gec qoşulacaq

Şehiç millinin düşərgəsinə gec qoşulacaq

  • 16 Yanvar 2018, 12:26

Bosniya və Herseqovina millisinə çağırılan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin yığmanın düşərgəsinə bir qədər gec qoşulacaq. Sportlife.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib:

“Sehiç İstanbulda bizə qoşulacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq".

Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 21-də Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda yanvarın 25-i Şehiçlə birgə ABŞ-a gedəcək. Bosniya və Herseqovina sözügedən ölkədə hazırlıq prosesi çərçivəsində yanvarın 28-də ABŞ, 3 gün sonra isə Meksika ilə qarşılaşacaq.


Paylaş: