SON DEGİGE: Yunis Huseynov Kepezde, Gence

SON DƏQİQƏ: Yunis Hüseynov Kəpəzdə

  • 19 Noyabr 2017, 18:01

Xəbər verdiyimiz kimi, dünən Şahin Diniyev "Kəpəz"lə yollarını ayırıb. Sportlife.az xəbər verir ki, Yunis Hüseynov Gəncə təmsilçisinin baş məşqçi postuna ən real namizəd kimi göstərilirdi.
 
Artıq bu iddialar öz təsdiqini tapıb. Bu saatlarda saytımıza daxil olan məlumata görə "Kəpəz" Hüseynovla razılıq əldə edib. Sabah isə komandanın yeni baş məşqçisi kimi rəsmən ictimaiyyətə təqdim olunacaq.
 
Xatırladaq ki, "Kəpəz" Premyer Liqada arxada qalan 12 turdan sonra turnir cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşıb.

Paylaş: