Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Fevral 2018, 15:12
66
Sumqayıt Neftçi ilə oyunun hazırlığına start verdi

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib. Sportlife.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da doğma arenada məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Sumqayıt Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK