Svartseneqqerin biceps strategiyasi, triceps kulturizm ezele ştanq qaltel

Şvartseneqqerin biceps strategiyası

  • 26 May 2017, 20:01

Arnold Şvartseneqqerin bicepsi həmişə ən yaxşı bədən bölgələrindən biri olub. Əksər insanlar ağırlığa güc verməklə və illərlə məşq etsələr də belə biçepslərə sahib ola bilmirlər.  1980-ci illərdə "MF" jurnalında yazar olaraq işləyən Arnold ona ünvanlanan sualların cavabını jurnalda cavablandırırdı.

Arnold bicepslərinin pik nöqtəyə gəlməsini supinasyon strategiyasına borclu olduğunu qeyd edir. Yəni “curl” hərəkətində qantellərlə bicepsi məşq etdirəndə biləkləri "ön qol" çölə doğru çevirir. Bu hərəkətin də bicepsin çöl tərəfində təpə kimi forma yaratdığını deyir. Bu hərəkəti qantellə biceps hərəkətinin hər setində "patxod"una arıtırdıqdan sonra inkişafa özünüz də inanmayacaqsınız.

Əlavə olaraq Arnold “drag” strategiyasından da istifadə edib. Çoxları qantellə biceps hərəkətində ən axırda çiyini qabağa doğru hərəkət etdirir. Bu da yerin cazibə qüvvəsini az da olsa kəsir. Arnold bu hərəkətin bicepsin ən önəmli hissəsini tam effektsiz hala gətirdiyini deyir. O, son ana qədər çiyini qabağa verməməyə üstünlük verir, bu halda hərəkətin son nöqtəsinə qədər biceps gərilir.


Paylaş: