Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 10:22
37
Təbriz klubları turu qələbəsiz başa vurdular

Futbol üzrə İran çempionatında 19-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Göstəriş” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Fulad Xuzestan”la qarşılaşıb və heç-heçəyə razılaşıb – 1:1.

Xatırladaq ki, bir gün öncə Təbrizin daha məşhur “Traktorsazi” komandası səfərdə “Naft Tehran”a məğlub olub - 0:2.

“Göstəriş” hazırda 27 xalla 16 klub arasında 8-ci, “Traktorsazi” isə 21 xalla 11-ci pillədə qərarlaşıb.