Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Fevral 2018, 14:17
156
Topazdan ERMƏNİ TƏBLİĞATI - FOTOLAR

 "Topaz” mərc şirkətinin sabaha olan mərc proqramında ermənilərin də oyunu yer alıb.

Sportlife.az xəbər verir ki, Premyer Liqanın sponsoru olan şirkət proqramda ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən "Ararat”la "Tümen” arasında keçiriləcək yoldaşlıq matçına da yer verib.

Sabah saat 20:00-da başlayacaq görüşdə "Ararat”ın qələbəsi 3,65 əmsalla dəyərləndirilib. Heç-heçəyə 3,10, tümenlilərin qələbəsinə isə 1,65 əmsal verilib.

"Ararat” Ermənistanın siyasi maraqlarına xidmət edən klubdur. Təsadüfi deyil ki, daha əvvəl bu komandanın "Ryazan”la görüşündə Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ”ı nümayiş etdirilib. Buna görə hətta AFFA RFS-ə müraciət ünvanlayaraq faktla əlaqədar tədbir görülməsini istəmişdi. (Yenicag.az )

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK