Türkiyə klubu Mahir Şükürova görə cəzalana bilər

Türkiyə klubu Mahir Şükürova görə cəzalana bilər

  • 16 Yanvar 2018, 15:35

Türkiyənin “Karşıyaka” klubu ciddi sanksiyalarla üz-üzədir. Sportlife.az artıq bir neçə ildir maliyyə problemlərindən əziyyət çəkən İzmir klubu nə əvvəlki borclarını bağlaya bilir, nə də hazırda heyətində yer alan oyunçuların maaşını ödəyir.

Türkiyə mətbuatının yaydığı məlumata görə, transfer qadağası davam edən İzmir təmsilçisinin aktivindən hər an xallar silinə bilər. Buna səbəb isə klubun sabiq futbolçuları Mahir Şükürovla Kirilo Kovalçuka olan borclarını ödəyə bilməməsidi.

Ümumi borcu 55 milyon lirə olan klubun transfer qadağasını ləğv etməsi üçün də əlavə 18 milyon lirəyə ehtiyacı var. Lakin klubu bu çətin durumdan çıxarmaq istəyən tapılmır. 1912-ci ildə yaradılmış İzmir təmsilçisinin tarixinin ən çətin dövrünü yaşadığı vurğulanır.

Qeyd edək ki, Şükürov 2014/15 mövsümündə “Karşıyaka”nın formasını geyinib.


Paylaş: