Türkiyənin iki klubu Elnur Cəfərovla maraqlanır

Türkiyənin iki klubu Elnur Cəfərovla maraqlanır

  • 15 Yanvar 2018, 11:34

Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. Sportlife.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Menecerlər 20 yaşlı futbolçunu yarımmüdafiəçi axtarışında olan Super Liqa təmsilçisi “Bursaspor”a təklif ediblər. Həmçinin, yüksək liqanın digər klubu “Kayserispor”un da Cəfərovla maraqlandığı qeyd edilib.

Elnurun “Neftçi” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. O, cari mövsümdə “ağ-qaralar”ın heyətində cəmi 8 oyunda şans qazanıb.


Paylaş: