Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
11 Fevral 2018, 20:58
179
Turun yeganə qələbəsinə Neftçi sevindi

Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub. Sportlife.az xəbər verir ki, son oyunda “Neftçi” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edib.

Qış fasiləsində Antalyada keçirdiyi bütün oyunlarda uduzan "ağ-qaralar"ın çempionatda hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi.

Turun əvvəlki oyunlarında olduğu kimi, bu matçın da heç-heçə bitəcəyi gözlənilsə də, son dəqiqələrdə səhnəyə çıxan Mirabdulla Abbasov paytaxt klubuna qələbə gətirən qola imza atıb.

Topaz Premyer Liqası
15-ci tur
11 fevral

"Neftçi” – "Kəpəz” 1:0
Qol: M.Abbasov, 86.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
Bakı. 8-ci km stadionu.

“Neftçi”: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 17. Rəhman Hacıyev, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 3. Fərid Abbaslı, 20. Elnur Süleymanov, 77. Elvin Sərkərov, 25. Kiril Petrov
Baş məşqçi: Tərlan Əhmədov.
“Kəpəz”: 22. Sergey Litovçenko, 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 13. Şəhriyar Rəhimov (k), 15. İqor Korotetski, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao, 20. Tərzin Cahangirov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 7. Roman Hüseynov, 5. Tural Nərimanov, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov, 10. Tural Rzayev.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: "Qarabağ” – "Qəbələ” - 0:0, "Zirə” – "Sumqayıt” - 1:1, “Keşlə” – “Səbail” - 1:1.


BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK