UEFA Azərbaycanın 6 klubuna 71 min 53 manat verdi

UEFA Azərbaycanın 6 klubuna 71 min 53 manat verdi

  • 20 Noyabr 2017, 15:17

UEFA Azərbaycanın 2016-2017 mövsümündə avrokuboklara vəsiqə qazanmamış 6 klubuna maliyyə vəsaiti ayırıb.

Sportlife.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində nəzərdə tutulub. 


Həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 71 min 53 manat verilib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə "Zirə", "Keşlə" (sabiq "İnter"), "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hesabına köçürülüb. 

“Kəpəz” və “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.


Paylaş: