UEFA-dan Qəbələyə şad xəbər məktubu gəldi
"Qəbələ" klubunun Avropa Liqasının I təsnifat mərhələsindən azad olacağı ilə bağlı məlumat təsdiqini tapmaq üzrədi.
Sportlife.az xəbər verir ki, bu barədə sport24.az-a məlumatı komandanın baş meneceri Zaur Əzizov verib.
O, UEFA-dan rəsmi məktub aldıqlarını söyləyib: “UEFA-dan dünən aldığımız məktubda birbaşa yazılmasa da, yarışa II təsnifat mərhələsindən başlayacağımıza dair ehtimalın yüksək olduğu bildirilib. Buna dair son məlumat iyunun 4-də göndəriləcək”.
Qeyd edək ki, iyunun 3-də baş tutacaq Çempionlar Liqasının finalı – “Yuventus”la “Real” arasındakı matçdan sonra bu məsələ rəsmi təsdiqini tapacaq.