Ufuk Budak oynadı, komandası xal itirdi

Ufuk Budak oynadı, komandası xal itirdi

  • 11 Fevral 2019, 11:50

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.

Ufuk da bu oyunun iştirakçısı olub. Start heyətdə çıxan Budak sonadək mübarizə aparıb.

“Boluspor” hazırda 32 xalla 18 iştirakçı arasında 8-ci pillədədi.


Paylaş: